Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək
Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə mətbuata verdiyi açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov danışıb. Onun sözlərinə görə, ilk kartlar Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından seçilmiş ilk 100 gəncə təqdim edilib.
Nazir bildirib ki, növbəti 200 minə yaxın kart sifariş edilib: «Mən inanıram ki, qısa bir müddətdə bu kartlar çap ediləcək və bütün tələbələrə çatdırılacaq. Ali məktəb tələbələri ilə yanaşı, peşə məktəblərinin tələbələri də bu kartlarla təmin olunacaqlar”.
Avropada 37 ölkədə 30-40 minə yaxın ticarət müəssisəsinin, həmçinin nəqliyyat vasitələri və otellərin bu kartlara görə güzəştləri tətbiq etdiyini deyən A.Rəhimovun Azərbaycanda da ticarət müəssisələrinin bu endirim prosesinə qoşulmasını çox istəyir: «Lakin hazırda Gənclər və İdman Nazirliyi ilə digər qurumlar arasında belə endirimlərin tətbiqi ilə heç bir danışıq aparılmır. Ümid edirəm ki, bizdə də belə güzəştlər Avropadakı kimi geniş yayılacaq”.
SEYMUR
05/06/12 Çap et