Elektron xidmətlərlə bağlı onlayn sorğu keçirilir
Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində (
www.sehiyye.gov.az) elektron xidmətlərlə əlaqədar sorğu elan olunub. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, sorğu “Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi?” başlığı altında keçirilir.
Bu gün, saat 13:00-dək olan statistikaya əsasən, sorğuda 240 nəfər iştirak edib. Respondentlərin əksəriyyəti (42,92 faizi) “istifadə edirəm”, 23,33 faizi “istifadə etmirəm”, 5,83 faizi “ehtiyac duyulmayıb”, 13,33 faizi “bacarmıram” , 12,92 faizi isə “bilmirəm, nə üçün lazımdır” cavablarına səs veriblər. Hazırda onlayn sorğu davam edir.
CAHANGİR