Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron qaz sayğacları debütor borc problemini həll edib


Regionlarda ilk dəfə Gəncədə tətbiq edilən elektron qaz sayğacları debütor borc probleminin birdəfəlik həll edilməsi ilə nəticələnib.
“Azərqaz”QSC-dan verilən məlumata görə, kartlı sayğacların quraşdırılmasında yaranan fasilə artıq aradan qaldırılıb. Belə ki, şəhərin bir neçə küçəsində köhnə sayğaclar Fransa istehsalı olan kartlı sayğaclarla əvəzlənib. Sahədən bildiriblər ki, 10 gün ərzində 200-ə yaxın sayğac quraşdırılıb.
Əvvəlki kartlı sayğaclara ödənişi yalnız “Kapital Bank” vasitəsilə aparmaq olurdusa, yenilərində vəsait ödənişini “Beynəlxalq Bank” vasitəsilə həyata keçirmək mümkün olacaq.




11/07/11    Çap et