Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azərbaycanda internet televiziyaları həvəskar qismində çıxış edir»


«İnternetlə televiziyanın imkanları getdikcə birləşəcək. Bunun üçün vahid mexanizmlər işlənəcək. Hazırda Azərbaycanda internet televiziyalarının sayı çoxdur. Lakin onların hamısı həvəskar qismində çıxış edir».

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.  O, əvvəllər ölkədə xarici radiokanalların FM dalğasında yayımlanmasına da toxunaraq deyib ki, bu məsələ artıq birdəfəlik həllini tapıb: «Ölkədə hüquqi bərabərlik yaratdıq.

Əvvəllər bir neçə ölkənin radiokanalı yayımlanırdı. Bəzi ölkələr də bu hüquqdan istifadə etmək istədilər. Ona görə də xarici ölkələr üçün yayım hüququ tamamilə ləğv edildi. “Televiziya və radio yayımı haqqında” qanunda göstərilir ki, Azərbaycan Respublikasına aid tezliklərdə yalnız milli yayımçılar fəaliyyət göstərə bilər».



SEYMUR




05/06/12    Çap et