Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tozsoran funksiyasını yerinə yetirən kompyuter “siçan”ı


Yaponiyanın “Thanko” şirkəti kiçik tozsoran birləşdirilmiş qeyri-adi kompyuter “siçan”ının satışlarına başlayıb. Qurğu “USB Vacuum Mouse” adlanır və onun əsas vəzifəsi istifadəçi kompyuter arxasında işlədikdə stoldakı xırda zibili və qırıntıları gizlicə toplamaqdır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, tozsoran daimi işləmir, onu aktivləşdirmək üçün müvafiq düyməyə sıxmaq lazımdır. “USB Vacuum Mouse” qurğusunun təmizləmə apararkən səs saldığı qeyd edilib.“Siçan” kompyuterə “USB” portu vasitəsilə qoşulur. Qurğunun qiyməti 15 dollar təşkil edir.
 







EMİL





05/06/12    Çap et