Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Fujitsu” yeni nəsil rəngli elektron kağız nümayiş etdirib (VIDEO)
“İnternational Digital Publishing” sərgisində “Fujitsu” şirkəti xolesterik maye kristallar əsasında hazırlanmış yeni nəsil rəngli elektron kağız göstərib. İstehsalçılar qeyd edib ki, rəqiblərlə müqayisədə yenilik daha yüksək parlaqlıq və ziddiyyətlə fərqlənir, həmçinin daha çox rəng əks etdirməyə qadirdir.
Qeyd edək ki, xolesterik maye kristallar rəngə, əks etdirən lövhələrə, polyarizasiya filtrlərinə ehtiyac duymurlar.
Buna görə onların vasitəsilə yüksək parlaqlıqla fərqlənən incə və yüngül ekranlar yaratmaq olar, “Fujitsu” nümayəndələri qeyd ediblər.
Sərgidə nümayiş etdirilmiş “Fujitsu” elektron kağızı ilə riderin prototipi (nümunəsi) 220 qramdır. Diaqonalı 8 və kəskinliyi 1 dyümə 157 nöqtə olan displey şəkli 0,7 saniyə ərzində yeniləyir və 4096 rəng dəstəkləyir. İstehsalçılar iddia ediblər ki, əks etdirilən rənglərin sayını artırmaq olar, lakin bu halda səhifənin yenilənmə sürəti də artacaq.