Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda internet abunəçilərinin sayı artıb
Son 5 ay ərzində Bakıda internet abunəçilərinin sayında artım müşahidə olunub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, birlik üzrə sürətli onlayn internet abunəçisinin sayı 160698 nəfərdir.
“Bunlardan 78585 nəfəri “Bakinternet”in, yerdə qalanlar isə digər özəl provayderlərin abunəçiləridir”. Baş direktor müavini bildirib ki, BTRİB şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın telefon şəbəkəsi beynəlxalq standartlara uyğun qurulub.
Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları (ONU) qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılıb və nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətlərinin göstərilməsi təmin edilib.
RƏVAN
06/06/12 Çap et