Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İPTV xidmətləri genişləndiriləcək


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  tərəfindən Bakıda  İP TV xidmətlərinin genişləndirilməsi planlaşdırılır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə  birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, burada söhbət yeni İP TV xidmətlərindən gedir. Birlik yeni xidmətlər istifadəyə verməyə hazırlaşır.

E.Qədirovun sözlərinə görə, yeni xidmət əvvəlki İP TV platformasından fərqli olaraq "MPEQ 4" sistemi üzərindən istifadəçilərə çatdırılacaq. İlkin mərhələdə 60 TV kanalının yayımlanması və sonradan bunun genişləndirilməsi planlaşdırılır. Hazırda işlər test sınaq mərhələsindədir.







RƏVAN




06/06/12    Çap et