Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” istehsalçısının səhmlərinin qiyməti minimuma enib


Kanadanın “Research In Motion” (RIM) şirkətinin səhmlərinin qiyməti iyunun 4-də 5.85 faiz azalaraq 9,66 dollara bərabər olub. Bu, 2003-cü ilin sonundan bəri qeydə alınmış ən aşağı göstəricidir. 2008-ci ildə qeydə alınmış 147,55 dollar ölçüsündə tarixi maksimum qiymətlə müqayisədə səhmlərin qiyməti 93 faiz azalıb.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “RIM” şirkətinin səhmlərinin qiyməti mədaxilin azalması barədə proqnozundan sonra aşağı düşüb. Belə ki, “BlackBerry” istehsalçısı mayın 29-da bildirib ki, mart-iyun aylarının nəticəsinə görə ziyana məruz qala bilər.

Məlumat üçün bildirim ki, şirkət 2011-ci il dördüncü rübün nəticəsinə görə, 125 milyon dollar həcmində ziyana məruz qalmışdı.
 


EMİL





06/06/12    Çap et