Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” proqram istehsalçısını satın alıb
"Google" korporasiyası mobil qurğular üçün nəzərdə tutulmuş "Quickoffice" proqram təminatının istehsalçısı olan eyniadlı şirkəti satın alması haqqında elan edib. "Android", "iOS" və "Symbian" platforması ilə işləyən qurğuların sahibləri ofis proqramları paketi vasitəsilə sənədləri "Microsoft Word", "Excel" və "PowerPoint" formatında yarada və redaktə edə bilərlər.
"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google" şirkəti ehtimal ki yaxın gələcəkdə "Quickoffice" proqram təminatının funksionalını öz məhsullarına inteqrasiya edəcək.
Sazişin qiyməti bildirilmir.
EMİL
06/06/12 Çap et