Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC-yə məxsus yeni bankomatlar


“Azərpoçt” MMC müştərilərinin beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə “Visa İnternational” beynəlxalq ödəniş sisteminin Moskva nümayəndəliyi və “Master Card” beynəlxalq ödəniş sisteminin Türkiyə ofisi ilə danışıqlar davam etdirilir.”Azərpoçt”MMC-dən verilən məlumatda bildirilir ki, bununla yanaşı, “Azərpoçt” MMC öz müştərilərinə POS terminal və ATM- lər vasitəsilə xidmət göstərir. Yaxın günlərdə 2, 3, 4, 5, 6 saylı Poçt filiallarına “Azərpoçt” MMC-yə məxsus olan ATM-lər quraşdırılacaq. Müəssisədən verilən məlumatda bildirilir ki, cari ilin sonunadək respublika daxilində 30-dək “Azərpoçt” MMC-yə məxsus olan ATM-lərin quraşdırılması nəzərdə tutulub.




12/07/11    Çap et