Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC elektron biznes xidmətlərinə başlayacaq
Yaxın vaxtlarda "Azərpoçt" MMC-nin elektron biznes xidmətlərinə başlayacaq. Bu barədə məlumatı müəssisənin maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirib.
Onun sözlərinə görə, "Azərpoçt" MMC bu istiqamətdə nəzərdə tutulan biznes planını tətbiq etməklə plastik kartları vasitəsilə pensiya və müavinətlərin, əmək haqlarının ödənişinin aparılmasını nəzərdə tutub.
Qeyd edək ki, "Maliyyə xidmətlərinin inkişafı" layihəsi ilə əlaqədar müəssisənin inkişaf planı var və bu planın tətbiqi Azərbaycan poçtunun biznes strukturuna çevrilməsinə şərait yaradacaq.
RƏVAN
06/06/12 Çap et