Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” sosial şəbəkələrin monitorinqi üçün alətlər yaradıcısını alır


İri proqram təminatı tərtibatçılarından biri “Oracle” şirkəti müştərilərə “Facebook” və “Twitter” sosial resurslarında onların brendi ilə əlaqədar ictimai fikrin monitorinqi üçün həllər təklif edən “Collective İntellect” korporasiyasını alır. Satınalmanın məbləği açıqlanmır.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, bu alqı-satqı sayəsində “Oracle” “bulud servisləri”ni istifadəçilərin rəyini nəzərə alan daha səmərəli marketinq kampaniyalarının təşkili üzrə həllərlə artıra biləcək.

“Collective İntellect”in müştəriləri arasında “Unilever”, “Pepsi”, “Siemens”, “Hasbro”, “Walmart” və s. şirkətlərin adını çəkmək olar.





06/06/12    Çap et