Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA” qasırğaları pilotsuz təyyarələr vasitəsilə tədqiq edəcək


Amerikanın “NASA” kosmik agentliyi hava hadisələrini təsdiq edən və proqnozlaşdıran alimlərə kömək edəcək. Bunun üçün “NASA” mütəxəssisləri qasırğaları tədqiq etmək üçün lazımi avadanlıqla təchiz edilmiş bir neçə pilotsuz təyyarəni işə salacaqlar.

“İCTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, "Global Hawk" adlandırılmış pilotsuz təyyarələr Atlantik okean hövzəsi üzərində fırlanacaqlar, məlum olduğu kimi, qasırğalar məhz su səthi üzərində formalaşır və yalnız bundan sonra quruya doğru hərəkət etməyə başlayır.

“Global Hawk” pilotsuz təyyarələri 18 kilometrdən yuxarı hündürlükdə uça bilir, uçuş müddəti 28 saata qədərdir. Pilotsuz təyyarələr yerdən idarə olunur.

Alimlər pilotsuz təyyarələr vasitəsilə toplanmış məlumatları təhlil edərək qasırğaların mahiyyətini və onların yaranması prosesinin ən xırda detallarını aydınlaşdıracaqlar.

“Global Hawk” pilotsuz təyyarəsinin qiyməti 140 milyon dollar təşkil edir və onun 1 saatlıq uçuşu 31 min dollara başa gəlir.
 
EMİL





06/06/12    Çap et