Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İtaliyada “Radar məhsullarının marketinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilib
"Azərkosmos" ASC-nin Aşağı orbitli peyk sistemlərinin inkişafı şöbəsinin müdiri Hikmət Həsənov və marketinq üzrə mütəxəssisi Elnur Rzazadə İtaliya Respublikasının Roma şəhərində "Radar məhsullarının marketinqi və tətbiqi" mövzusunda keçirilmiş II beynəlxalq konfransda iştirak ediblər.
"Azərkosmos" ASC-dən verilən məlumata görə, konfransda radar məhsullarının marketinqi, məhsulların son istifadəçilərə çatdırılması üçün əlaqə vasitələri və üsulları, bu məhsulların tətbiqi sahələri, əsasən də quru ərazilərin monitorinqi vasitəsi ilə təbii fəlakətlərin proqnozlaşdırılması, bu fəlakətlərin baş verdiyi ərazilərin vaxtında müəyyən edilməsi, su hövzələrinin ekoloji mühafizəsi, hərbi kəşfiyyat və sair kimi peyk texnologiyalarının tətbiqi sahəsində aktual hesab olunan bir sıra mövzular müzakirə olunub.
Dünyada radar bazarlarının hazırkı vəziyyətinə dair ətraflı məlumatlar əldə edən "Azərkosmos" ASC-nin əməkdaşları konfransın gedişində Azərbaycanda məsafədən zondlama bazarının yaradılmasında dünyanın aparıcı şirkətlərinin təcrübəsindən istifadə olunması istiqamətində bir sıra danışıqlar aparıb, radar məhsullarının müxtəlif sahələrdə tədbiqinə dair qısa təlimlərdə iştirak ediblər.
RƏVAN
06/06/12 Çap et