Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal şəbəkədə mobil istifadəçilərin sayı internetə daxil olanların sayını ötəcək
İsveçin “Ericsson” şirkətinin mobil trafik haqqında dərc etdiyi son hesabatda 2017-ci ildə mobil müqavilələrin sayının 9 milyardı ötəcəyi proqnozlaşdırılır. “Ericsson” şirkətində hesab edirlər ki, 2017-ci ildə qlobal şəbəkədə olan mobil istifadəçilərin sayı internetə fərdi kompyuter və noutbuk vasitəsilə daxil olanların sayını ötəcək.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, proqnoza görə, 2017-ci ilədək təxminən 3 milyard insan smartfon işlədəcək. Bundan başqa, “3G” şəbəkəsindən 85, “4G” şəbəkəsindən isə təxminən 50 faiz istifadəçi yararlanacaq.
“Ericsson” şirkətinin proqnozuna görə, 2017-ci ilədək noutbukların 33 faizi mobil şəbəkələrə çıxış imkanına malik olacaqlar, planşetlərin təxminən 50 faizi isə daimi olaraq şəbəkəyə qoşulacaq.
EMİL
06/06/12 Çap et