Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

42 düym diaqonal ilə sensor ekran


“Pioneer Computers” Avstraliya şirkəti 42 düyməli sensor displeyin satışına başlayıb. “DreamVision LED Touch Full HD” formatına uyğundur; panelin kəskinliyi - 1920×1080 pikseldir. Ziddiyyət 4 000:1, parlaqlıq 450 kd/m² təşkil edir. İşçi rejimdə enerji istehlakı, texniki xarakteristikalara əsasən, 150 Vatt-ı, gözləmə rejimində isə 1 Vatt-ı ötmür. Ekranın ölçüləri — 118×20×79 sm, çəkisi isə təxminən 30 kq-dır. Yenilik "multitaç" texnologiyasını dəstəkləyir. Monitor 10 Vatt gücündə stereofonik dinamiklər ilə təchiz edilib.
Siqnal mənbələrinin birləşdirilməsi üçün “D-Sub”, HDMİ konnektorları, komponent videogiriş, S-Video giriş, SPDİF rəqəmli interfeys, həmçinin “2 RCA” audiogiriş nəzərdə tutulub. Bundan başqa, “USB 2.0” portu var, hansı ki mediamaterial ilə (MPEG2/4/JPEG/MP3/RM/RMVB) olan xarici daşıyıcılar qoşula bilərlər. “DreamVision LED Touch“un qiyməti 3500 dollardır.




12/07/11    Çap et