Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti sensor ekrana malik ucuz telefonlar istehsal edib


“Nokia” şirkəti sensor ekrana malik və büdcəyə uyğun 3 telefon təqdim edib. Bu baradə şirkətin mətbuat xidmətindən bildirilib.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Asha 311” modeli 3 düymlü ekrana malikdir, 1 QHs takt tezliyində işləyən prosessor və 3,2 meqapikselli kamera ilə təchiz olunub. “Asha 305” modeli 2 “SİM” kartdan istifadəyə imkan verir. “Asha 306” modeli isə “Nokia” şirkətinin “Wi-Fi” dəstəkli ən ucuz telefonu olacaq.







 
EMİL





07/06/12    Çap et