Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur sosial şəbəkə “sındırılıb”


“Linkedln” işgüzar sosial şəbəkəsinin rəhbərliyi və şəxsən onun direktoru Visente Silveyra saytın Rusiyadan olan naməlum hakerlər tərəfindən “sındırıldığı” faktını təsdiq edib. Hakerlər saytın verilənlər bazasından 6,5 milyondan çox istifadəçinin  hesab şifrəsini ələ keçiriblər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, şifrələr şifrələnmiş formadadır və onları tapmaq heç də asan deyil. “Linkedln”in mütəxəssisləri isə sosial şəbəkədə şifrəsi ələ keçirilə bilən bütün hesabları blok ediblər və hesab sahiblərinin elektron poçtuna məktub göndəriblər. Məktubda sayta girişi  bərpa etmək və məlumatları qorumaqla bağlı ətraflı təlimat verilib.

Məlumat üçün bildirim ki, işgüzar əlaqələrin qurulması üçün nəzərdə tutulmuş “Linkedln” sosial şəbəkəsi 2003-cü ildə istifadəyə verilib.



EMİL




07/06/12    Çap et