Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” 2012-ci ilin sonuna kimi “iOS” ilə işləyən 415 milyon qurğu istehsal edəcək


“Apple” bazara 100 milyon “iPhone” tədarük edərək 2012-ci ilin sonuna kimi “iOS” ilə işləyən qurğuların sayını 415 milyona çatdırmağı planlaşdırır. “Canaccord Genuity” analitiki Maykl Volkli (Michael Walkley) belə nəticəyə gəlib. "Analiz “Android” qurğularının yeni buraxılışlarına baxmayaraq, “iPhone 4”-ün hələ də “AT&T” və “Verizon” operatorlarının mağazalarında ən çox satılan smartfon olduğunu göstərib" - Maykl Volkli bildirib. “Apple” hazırda bazarda 200 milyondan çox “iOS” qurğu olduğu haqqında məlumat verib. “Canaccord Genuity”nin tədqiqatı növbəti 18 ayda bu rəqəmin daha 215 milyon artacağını göstərir.




12/07/11    Çap et