Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lənkəranda "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib


İyunun 6-da Lənkəranda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzusunda treninq keçirilib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin əməkdaşları, eləcə də Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri,  elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, “www.b2b.az” elektron ticarət portalının təqdimatı keçirilib.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


CAHANGİR





07/06/12    Çap et