Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows Phone” platforması 2016-cı ilədək populyar olacaq
“IDC” şirkətinin dərc etdiyi proqnoza görə, “Windows Phone” platforması ilə işləyən qurğuların tədarük həcmi 2016-cı ildə bazar payına görə “Apple iOS” platformasını ötəcək. Analitiklərin fikrincə, “Android” platforması bazarda lider mövqeyini qoruyub saxlayacaq.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC” analitik şirkətinin məlumatına görə, “iOS” platformasının payı 2016-cı ildə 20,5 faizdən 19 faizə qədər azalacaq, “Windows Phone” platformasının payı isə 5,2 faizdən 19,2 faizə qədər artacaq. “Android” platforması isə lider olaraq qalacaq; lakin onun payı 61 faizdən 52,9 faizə qədər azalacaq.
“IDC” tədqiqat şirkətinin proqnozuna görə, “BlackBerry” platformasının bazar payı da artacaq.
2012-ci ildə bazara ümumilikdə təxminən 689 milyon smartfon tədarük ediləcək. Bu, 2011-ci illə müqayisədə 39 faiz çoxdur.
EMİL
07/06/12 Çap et