Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dərmanlar ucuzlaşacaq


Miçiqan Universitetində işləyən əməkdaşların təqdim etdiyi yeni texnologiya sayəsində əczaçılıq şirkətləri daha çox dərman istehsal edəcək və buna daha az vəsait xərcləyəcəklər. Çünki alimlər  proteinlərin (dərman hazırlanmasında əsas proseslərdən biri) təmizlənməsi üçün yeni nəsil membran əsasında xüsusi mexanizm hazırlayıblar.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, amerikalı mütəxəssislər tərəfindən yaradılmış bu membranlar proteinlərin təmizlənməsi ilə məşğul olurlar, lakin bu prosesi hazırda mövcud olan analoqlarından 2-3 dəfə daha sürətli  edirlər. Nəticədə məhsuldarlıq artacaq və dərmanların qiyməti daha ucuz olacaq.






 
EMİL





07/06/12    Çap et