Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yevgeni Kasperski dünyaya kiberfəlakət haqqında xəbərdarlıq edib


"Kasperski Laboratoriyası"nın həmtəsisçisi və baş direktoru Yevgeni Kasperski bəşəriyyət üçün təhlükə yaradan kiberepidemiyanın miqyasından ehtiyat edir. Viruslarla mübarizə üzrə ekspert bu barədə Təl-Əviv Universitetində çıxışı zamanı bildirib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, "mən qorxuram ki, bu, yalnız oyunun başlanğıcıdır və tezliklə bir çox ölkələr buna əmin olacaq" - Yaxın Şərqdə yerləşən bir sıra ölkələrdəki kompyuterlərə hücum etmiş “Flame” virus-casusu haqqında danışan Kasperski belə qeyd edib. Troyan “Kasperski Laboratoriyası” tərəfindən 2012-ci il mayın sonunda aşkar edilib və şirkət bildirib ki, “Flame” ən mürəkkəb virusdur.

Ekspert qeyd edib ki, bir  çox ölkələr “Flame” kimi virus yarada bilərlər. Kasperski virusun hazırlanmasını 100 milyon dollar həcmində qiymətləndirib.

Onun fikrincə, kiberfəlakətin nəticəsi ümumi şəbəkədən istifadənin qeyri-mümkünlüyü və ya əsas infrastruktur obyektlərinə hücum ola bilər. Bu hücuma qarşı dünyada hələ adekvat mühafizə sistemi mövcud deyil və Kasperski əlavə edib ki, yeganə çıxış yolunu bu sferada beynəlxalq əməkdaşlıqda görür.

Məlumat üçün bildirim ki, “Flame” virusu kompyuterlərdəki sənədlərin ələ keçirilməsi üçün nəzərdə tutulub. Virusa daha çox yoluxmuş kompyuter İranda qeydə alınıb və Tehran bəyan edib ki, “Flame” virusu ölkənin neft sənayesinə hədəflənib.
 
EMİL





07/06/12    Çap et