Ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi avtomatlaşdırılıb
Dövlət orqanlarında yaranan vakant vəzifələrə kadr seçimi zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ehtiyat kadrlar siyahısından istifadə edilməsinin təşkili tam avtomatlaşdırılıb. Belə ki, dövlət orqanları ehtiyat kadrlar barədə müvafiq məlumatları elektron qaydada əldə edə bilərlər.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Komissiyadan məlumat verilib.Məlumatda qeyd olunur ki, “
http://eXidmet.csc.gov.az/Reqlament4.aspx” internet ünvanında təqdim olunan interaktiv növlü elektron xidmət ödənişsizdir. Axtarış formasında göstərilmiş meyarlar əsasında məlumatlar dərhal verilir.
Dövlət orqanının kadr qurumu müvafiq identifikasiyadan keçdikdən sonra Komissiyanın ehtiyat kadrlar siyahısından axtarış üzrə nəticələr onlara göndərilir. Məlumat almaq istəyən dövlət orqanının nümayəndəsi əgər hər hansı bir sorğu məlumatını formata uyğun daxil etməyibsə və ya qeyri-real məlumat daxil edilibsə, ona imtinanın səbəbi barədə dərhal məlumat verilir.
Sorğu maksimum 15 gün müddətində icra olunur.
Xidmətin yerinə yetirilməsinə nəzarəti Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi və İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.
CAHANGİR