Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada radioaktiv şüa keçirməyən kağız ixtira edilib
Yaponiyanın "Toppan" şirkətinin hazırladığı xüsusi kağız radioaktiv şüa keçirmir. Bu barədə Tokio Kütləvi İnformasiya Vasitələri (KİV) məlumat verib.
"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Toppan" şirkətinin hazırladığı kağızın tərkibində volfram çoxdur və o, radioaktiv şüanın qarşısını alır.
"Toppan" şirkətinin hazırlaması daha mükəmməl və yüngül qoruyucu geyimin yaradılması üçün yeni imkanlar yaradır. Şirkət öz həllini 1 kvadratmetrini 28-32 min yenaya (358-410 dollar) satmağı planlaşdırır.
EMİL
07/06/12 Çap et