Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan nümayəndələri Çinin sənaye parklarının fəaliyyəti ilə tanış olacaq


İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyəti 10-16 iyun tarixində Çin Xalq Respublikasına səfər edəcək.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək. "İCTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hər iki ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə iyunun 12-də Pekində, iyunun 14-də isə Quançjouda Çin-Azərbaycan biznes forumu təşkil olunacaq.

Biznes forumlarda Azərbaycan tərəfindən rəsmi şəxslərlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin, sənaye parklarının fəaliyyəti ilə tanış olacaq.
 


HƏQİQƏT





07/06/12    Çap et