Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə mobil reklam bazarının həcmi 5,3 milyard dollar təşkil edib


“Interactive Advertising Bureau”-nun məlumatına əsasən, 2011-ci ildə mobil internet-reklam bazarının həcmi 5,3 milyard dollar təşkil edib. Məlumata əsasən, Asiya-Sakit okean regionu mobil reklamın ən böyük bazarıdır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2011-ci ilin nəticəsinə görə, mobil reklam bazarı üzrə illik gəlirin 35.9 faizi Asiya-Sakit okean regionunun payına, Şimali Amerika və Avropanın payına isə müvafiq olaraq 31,4 və 25,9 faiz düşüb.
 






EMİL





07/06/12    Çap et