Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsi üzrə sədrliyə namizədliyi qəbul edilib


31 may -1 iyun 2012-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsinə dair 11-ci növbəti iclas keçirilmişdir. İclasda Azərbaycan nümayəndə heyətinin tərkibində "Azərkosmos" ASC-nin əməkdaşı Fuad Quliyev də iştirak edib.

"Azərkosmos" ASC-dən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, tədbir BMT-nin Baş Assambleyasının "HcoC"-un 11-ci növbəti iclası barədə qətnamə layihəsinin müzakirəsi ilə yekunlaşmış və Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsi üzrə Azərbaycan Respublikasının 2014-2015-ci illərdə sədrliyinə namizədliyi sözügedən qətnamə layihəsinə daxil edilib.

"Azərkosmos" ASC-nin əməkdaşı Raket Texnologiyalarına Nəzarət Rejiminə (MTCR) qoşulmaq üçün həmin təşkilata rəhbərlik edən Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə də fikir mübadiləsi aparıb. 



RƏVAN





07/06/12    Çap et