Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT dövlətləri kiberməkanda sülh yaratmağa səsləyir


"BMT gələcəkdə dövlətlər arasında baş verəcək qlobal kibermüharibə təhlükəsinin qarşısını almaq üçün bu gün onları kiberməkandakı məsələlərin sülh yolu ilə həllinə çağırıb".

BMT-nin Telekommunikasiya Agentliyinin direktoru, Beynəlxalq Telekommunikasiya İttifaqının baş direktoru Hamadun Ture Britaniyanın "BBC" nəşrinə verdiyi müsahibəsində bildirib ki, bu bəyanat – mükəmməl "Flame" ziyanverici kodu ilə bağlı yaranmış gərginliyə verilən reaksiyadır. Qeyd edim ki, bu virusun yaradılmasının arxasında Amerika və İsrailin xüsusi xidmət orqanlarının dayandığı bildirilir.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Ture şəxsən ABŞ və İsrail dövlətlərinin "Flame" ziyanverici kodunun yaradılmasının arxasında dura biləcəyinə inanmır.

Hamadun Turenin sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqı 2012-ci ilin mayından etibarən kritik infrastrukturun mühafizəsi (bank, kommunal təsərrüfat sistemləri, sənaye və s.) ilə bağlı informasiyanın mübadiləsi zamanı vasitəçi rolunda çıxış edərək bir sıra böyük dövlətlərlə qarşılıqlı əməkdaşlıq edir. "Biz "Flame" virusunu hələ ki irimiqyaslı kibersilah kimi müzakirə etməmişik, o hələ həmin səviyyəyə çatmayıb" – Ture belə hesab edir.

"Bu halda "Flame" virusunun milli layihə olduğunu, onun üzərində mütəxəssislərin çalışdığını inkar etmək ağılsızlıq olardı. Telekommunikasiya İttifaqı virusu kimin və niyə yaratdığı barədə danışmır, bizim funksiyamız bundan ibarət deyil, lakin şəxsən mən ABŞ-dan şübhələnmirəm".
 
 
EMİL





08/06/12    Çap et