Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple I” kompyuteri hərraca çıxarılıb
"Sotbis" hərrac evi “Apple” korporasiyasının fərdi kompyuterinin birinci modelini Nyu-Yorkda keçirilən hərraca çıxarıb. Şirkətin təsisçiləri - Stiv Cobs və Stiv Voznyak onu əl ilə yığmışdılar. “Apple I” kompyuteri ictimaiyyətə 1976-cı ildə Kaliforniya ştatında yerləşən "Əldəqayırma kompyuterlər klubu”nda təqdim edilmişdi. Kompyuterdə monitor və klaviatura yox idi, əməli yaddaş tutumu isə 8 kilobayt idi.
"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bu kompyuterlə o zaman yerli mağazalar şəbəkəsinin sahibi maraqlandı və hər birinə 500 dollar ödəməklə 50 belə qurğu almağa razılaşdı. Hazırda isə işlək vəziyyətdə olan aparatın qiyməti 180 min dollar təşkil edir.
EMİL
09/06/12 Çap et