Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər işıqdan sürətli neytrinonun mövcud olmasını təkzib ediblər
“CERN”-də çalışan alimlər “OPERA” layihəsi çərçivəsində keçirilmiş sınaqların nəticələrinə görə neytrinonun işıqdan daha sürətli hərəkət etmək qabiliyyəti haqqında əvvəlki məlumatları təkzib ediblər. Sınaqların nəticələri haqqında hesabat Yaponiyada keçirilən “Neutrino 2012” konfransında səsləndirilib.
"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, son məlumatlara əsasən, neytrinonun sürəti işıq sürətinə uyğundur və beləliklə, keçənilki sensasiyalı bəyanatların yanlış olduğu məlum olub.
EMİL
09/06/12 Çap et