Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google Chrome” “İnternet Explorer”i geridə qoyur
“Google” səyyah bazarını ələ keçirməyə davam edir. “Chrome” səyyahının iyul ayında ən azı dünyanın 4 ölkəsində məşhur olduğu məlum olub. Cari ayın birinci on günü ərzində “Chrome” səyyahının payı artıb və dünya bazarının orta hesabla 21,8%-ni təşkil edib. “Mozilla Firefox” səyyahının bazardakı payı sabit qalıb 28.2%. Lakin ofis işçilərinin məşhur “İnternet Explorer” səyyahı isə əksinə, tərəfdarların müəyyən qismini itirib. Belə ki. Istifadəçilər onu “Google Chrome”-a dəyişiblər. Əgər əvvəl “İnternet Explorer”in payı 43,6% təşkil edirdisə, indi bu göstərici 1% aşağı düşüb.
“.com” portalı bildirib ki, səyyah istifadəçilərinin faiz nisbəti regiondan asılıdır, “conceivablytech”. Məsələn, Şimali Amerikada “Chrome” səyyahının payı 18%, “Apple Safari”nin payı isə 11,2% təşkil edir. Qəribə olsa da, Almaniyada “Firefox” səyyahı çox məşhurdur, internetdə işləyən 55% insan ondan istifadə edir. “Opera”, əksinə, keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük təşkil edir: Rusiyada onun payı 27,2%, Belarusda 46%, Qazaxıstanda isə 31,7%-dir.
12/07/11 Çap et