Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın internet provayderi onlayn ödəmələr sistemini tətbiq edir


“AzeriCard” prosessinq mərkəzi “Provayder.az” internet servis provayderini (Smart Systems Technology şirkətinin ticarət markası) onlayn ödəmələr sisteminə birləşdirib. Onlayn ödəmələr sistemi internet servis provayderin istifadəçilərinə xidmətləri həm korporativ internet resursları, eləcə də “VISA”, “VISA Electron”, “MasterCard” və “Maestro” elektron bank kartlarından istifadə etməklə “azericard.com”, “ode.az” və başqa internet saytları vasitəsilə ödəməyə imkan verir.

Bu gün onlayn ödəmələr sistemi vasitəsilə “AlfaNet”, “Avirtel”, “Azdatacom”, “BakinterNet”, “Hotnet”, “Eurocell”, “Azstarnet”, “AileNet”, “Connect” və s. internet provayderlərin xidmətlərinin ödənilməsinin də həyata keçirilməsi mümkündür.

Plastik kartların təhlükəsizliyinə “3DSecure” təhlükəsizlik texnologiyaları sistemi zəmanət verir.
Prosessinq mərkəzi tərəfindən “AzeriCard” sistemində xidmət göstərilən plastik kart sahibləri üçün internetlə ödəmələr zamanı “3DSecure” parolunu tətbiq etməyə imkan verən modul aktivləşdirilib.





11/06/12    Çap et