Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” və “Facebook”da təcrübə keçənlər ay ərzində 6000 dollar qazanırlar


Təcrübə keçənlərin bir çoxu nüfuzlu şirkətlərdə pulsuz belə təcrübə keçməyə razıdırlar. Lakin əgər onlara “Google” və “Facebook” kimi təşkilatlarda təcrübə keçmək nəsib olsa, o zaman əlavə qazanc barədə düşünməyə ehtiyac yoxdur. “Glassdoor” saytının məlumatına görə, “Facebook” və ya “Google”-da təcrübə keçən proqramçı hər ay orta hesabla təxminən 6000 dollar maaş alır.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təcrübə keçənlərin əməyini qiymətləndirən İT şirkətlər reytinqinə, həmçinin “Amazon” (5489 dollar), “Microsoft” (5462 dollar), “IBM” (4997 dollar), “İntel” (4936 dollar), “NVIDIA” (4927 dollar), “Yahoo!” (4785 dollar), “Apple” (4770 dollar) və digər şirkətlər daxildir.






 
EMİL





11/06/12    Çap et