Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Fuji Xerox” rəngli “elektron kağız” təqdim edib


“Fuji Xerox” birgə müəssisəsi rəngli təsviri RGB-filtrsiz göstərə bilən elektrofor displey (“elektron kağız”) təqdim edib.

“İCTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, ekranda təsviri müxtəlif rəngli mikrohissəciklər formalaşdırır. Hissəciklər elektrik sahənin gərginliyinin müəyyən təsirinə reaksiya verir.

Displeyin iki altlığı var. Enerjinin təsiri altında hissəciklər ya ön altlığa yapışa (bu zaman istifadəçi işıq görür), ya da arxa altlığa sığışa (bu halda ekranda nöqtələr ağ rəngli olacaq) bilər,- “Lenta” yazır.
Prototipə hazırda mavi və qırmızı rəngli hissəciklər daxildir, lakin son nəticədə “Fuji Xerox” tamrəngli displeylərin buraxılışına başlamağa ümid edir.

Nümunə ekranın diaqonalı 600x800 təsvir ölçüsü ilə 5 düym təşkil edir. Təsvirin “sıxlığı” bir düym üçün 200 nöqtə təşkil edir.

Qeyd edək ki, “E-Ink” (Triton) şirkətinin rəngli elektron kağızında başqa texnologiyadan istifadə olunur. Rənglərin ötürülməsini monoxrom panelin üzərinə yerləşdirilən RGB-filtr təmin edir. Buna görə təsvir solğun alınır.





11/06/12    Çap et