Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində yeni güclü superkompyuter yaradılıb


Çində daha bir superkompyuter yaradılıb. Superkompyuter indi dünyanın ən güclü kompyuterləri reytinqində ikinci yerdə olan “Tyan'e-1a” texnologiyası əsasında işləyir. Yeni superkompyuter “Tyan'e-1” adlandırılıb və 1.1 petaflop/san (saniyədə 1.1 kvadrillion əməliyyat) pik gücə malikdir. Bu da “Tyan'e-1a” göstərdiyi nəticədən (4,7 petaflop/san) azdır.
“Tyan'e-1” ötən istirahət günü Xunan əyalətinin superkompyuter mərkəzində istismara daxil edilib. Bu maşının əsas vəzifəsinin iqlim proqnozlaşdırması, həmçinin avtomobil, aerokosmik və tibbi sahələrdə müxtəlif istehsal proseslərinin modelləşdirilməsi olduğu bildirilib.
Bu ilin oktyabrına “Tyan'e-1” superkompyuterinin gücü nəzəri hüduda - 3 petaflop/san qədər artırılacaq, yeni maşının yaradıldığı Çin Müdafiə Texnologiyaları Milli Universitetinin professoru Lyu Yuton bildirib. “Top 500 supercomputing list” siyahısında indiki reytinqə əsasən, bu maşın 5-ci yeri tutur. Bu superkompyuter güc üzrə yapon “Subame 2.0” superkompyuterinə uyğundur.
2010-cu ilin oktyabrında Çin superkompyuteri “Tyan'e-1a” ən güclü kompyuterlərin siyahısında birinci yeri tutub. Qeyd edək ki, son 6 ildə reytinqdə Amerika maşınları üstün olublar. 2011-ci ilin may ayında “Top 500” reytinqi yenilənib və 8,16 petaflop/san pik gücə malik yapon kompyuteri “Fujitsu K” birinci yeri tutub.




12/07/11    Çap et