Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədə yaranan trafik yüklənməsinə görə "vergi" alına bilər


Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) “Google” və “Facebook” kimi iri internet-şirkətlərdən onların trafikinin provayderlərin şəbəkəsində yaratdığı yüklənməyə görə ödəniş almağı təklif edib.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “ETNO” təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) göndərib. Layihə 2012-ci ilin dekabrına təyin edilmiş iclasda müzakirə olunacaq.

“ETNO”-nun üzvləri qeyd ediblər ki, müasir şəbəkələr üzrə böyük həcmli trafik ötürülür. Provayder isə bu trafiki təmin etmək üçün keyfiyyətli infrastruktur yaratmalıdır. Bu isə xeyli vəsait tələb edir.
Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur xərclərini provayderlər arasında bölüşdürməlidir və xərclərin bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə daxil edilməlidir.

Məlumat üçün bildirək ki, qərargahı Brüsseldə yerləşən “ETNO” assosiasiyasına Avropanın 38 telekommunikasiya şirkəti daxildir.
 
EMİL





11/06/12    Çap et