Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hotmail” poçt xidmətinin adı dəyişdiriləcək


“Microsoft” şirkətinə məxsus olan “Hotmail” elektron poçt xidməti yaxın vaxtlarda öz adından məhrum ediləcək.

“İCTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, proqram nəhəngi xidmətin adını “Newmail” adına  dəyişdirmək qərarı qəbul edib. Korporasiya bu addımı atmaqla istifadəçilərin diqqətini yeniliklərə yönəltmək istəyir.

“Hotmail” elektron poçt xidməti son il ərzində realizasiya edilmiş yeni funksiya və imkanlar nəticəsində xeyli dəyişib. Şirkətin  fikrincə, atılmış bu addımlar resursun populyarlığını internet-istifadəçilər arasında mühüm dərəcədə artıracaq.

Məlumat üçün bildirək ki, “Hotmail” – “Ümumdünya Hörümçək Toru”nda fəaliyyət göstərən ən köhnə elektron poçt xidmətidir. “Hotmail” xidməti  1994-cü ilin iyunun 4-də istifadəyə verilib.
 
EMİL





11/06/12    Çap et