Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərin qiyməti aşağı düşəcək
“IMS Research” şirkətinin hesablamasına görə, 2012-ci ilin birinci rübü ərzində satılmış planşet kompyuterlərinin orta qiyməti 386 dollar təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 21 faiz aşağıdır. Belə ki, o zaman planşet kompyuterlərinin qiyməti orta hesabla 489 dollar olub.
Hesablamalara görə, 2011-ci ildə dünyada təxminən 60 milyon planşet satılıb. Proqnozlara görə, 2012-ci ildə planşet tədarükləri 119 milyona çata bilər. Bu isə praktik olaraq 100 faiz artım deməkdir.
EMİL
11/06/12 Çap et