Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sığortaolunanlar tərəfindən məlumatların əldə olunması xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub
Sığortaolunanlar üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatların əldə edilməsi xidməti tam avtomatlaşdırılıb və “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalına inteqrasiya olunub.
“İCTnews” elektron xidmətinin fondun saytına istinadən verdiyi məlumata görə, elektron xidmətin göstərilməsi nəticəsində sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına getmədən əldə edə bilməsi təmin olunur.
Sığortaolunan məlumatları əldə etmək məqsədilə “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə sorğu edir. Sorğu dərhal cavablandırılır. Lakin elektron imzası və fondun fərdi uçot sistemində sığortaolunan kimi uçotda olmayan şəxsə xidmətin göstərilməsindən imtina edilir.
İnteraktiv növlü elektron xidmətin istifadəçiləri fiziki şəxslərdir, xidmətin göstərilməsi üçün heç bir sənəd və ödəniş tələb olunmur.Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
CAHANGİR
11/06/12 Çap et