Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlıq “Əl-Kaidə” terror təşkilatından daha təhlükəlidir


ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin direktoru Canet Napolitano hesab edir ki, “Əl-Kaidə” və ona oxşar qruplar tərəfindən yaradılan ziyanverici kompyuter proqramları terror aktları ilə müqayisədə daha təhlükəlidir.

“İCTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən  bildirir ki, ABŞ-ın iqtisadi gücü kiberməkanın təhlükəsizliyi ilə ayrılmaz surətdə bağlıdır, Napolitano biznes nümayəndələri və istehlakçıların hüquqlarının müdafiəsi qrupları ilə Ağ Evdə keçirilən görüşü zamanı belə qeyd edib.

“Symantec” şirkətində çalışan mütəxəssislərin hesablamalarına görə, kibercinayətkarlıq  dünya iqtisadiyyatına il ərzində 388 milyard dollara qədər ziyan vurur. Bu göstərici heroin, kokain və marixuana bazarlarının həcmindən çoxdur.



 
EMİL





11/06/12    Çap et