Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək xidmət göstərilən mobil nömrələrin sayı 9 milyarda çatacaq


Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkətinin proqnozuna görə, 5 ildən sonra planetimizdə xidmət göstərilən mobil nömrələrin sayı 9 milyarda çatacaq.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Ericsson” şirkətinin direktoru Hans Vestberq jurnalistlərə verdiyi müsahibəsində qeyd edib ki, mobil abunəçilərin artmasına səbəb bir neçə “SİM” kart dəstəkləyən telefonların geniş yayılması, həmçinin eyni anda bir neçə mobil qurğudan istifadə etmək istəyidir.

Smartfonların da rolunu qiymətləndirmək lazımdır; “Ericsson”un məlumatına görə, hazırda smartfonların payına təxminən 1 milyard xidmət göstərilən nömrələr daxildir, 2017-ci ilədək isə bu göstərici 3.1 milyardadək artacaq.


 
EMİL





11/06/12    Çap et