Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un auditoriyasının artım sürəti zəifləyib


"ComScore" analitik şirkətinin məlumatına əsasən, ABŞ-da "Facebook" sosial şəbəkəsinin auditoriyasının artım sürəti son illər ərzində xeyli azalıb və dərc edilmiş hesabata əsasən, hazırda ABŞ-da sosial şəbəkənin auditoriyası keçən illə müqayisədə yalnız 5 faiz artıb. Müqayisə üçün bildirək ki, 1 il bundan əvvəl artım tempi 24 faiz təşkil edirdi.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda istifadəçilər "Facebook" sosial şəbəkəsində daha az vaxt keçirirlər. Əgər 2010-cu ildə bu göstərici 24 faiz təşkil edirdisə, hazırda isə o, 16 faiz təşkil edir.Rəsmi məlumatlara əsasən, "Facebook"un bazası hazırda 900 milyonu ötür.
 



 
EMİL





12/06/12    Çap et