Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Logitech” şirkəti xərclərini azaltmaq üçün 450 iş yeri ixtisar edəcək
İsveçrənin periferiya kompyuter qurğuları istehsalçısı “Logitech” şirkəti xərclərin minimallaşdırılması proqramı çərçivəsində 450 iş yeri ixtisar edəcək.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Logitech” şirkətinin satışlarında son maliyyə ili ərzində artım qeydə alınmırdı, xalis mənfəət isə 44 faiz azalaraq 71 milyon dollar təşkil edib. Buna görə də rəhbərlik 2012-ci ilin aprelində şirkətdə yenidən strukturlaşdırma və xərclərin azaldılması proqramını elan etməli olub.
Məlumat üçün bildirək ki, “Logitech” dünyada ən böyük periferiya kompyuter avadanlığı (“siçan”, klaviatura, veb-kamera, audiotexnika, aksessuarlar) istehsalçılarından biri sayılır. 1981-ci ildə yaradılmış şirkətdə 7 mindən çox insan çalışır.
EMİL
12/06/12 Çap et