Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəqliyyat Nazirliyi elektron tərəzilərin sayını çoxaldacaq
Azərbaycanda respublika əhəmiyyətli avtomobil yollarını ağırtonnajlı yük maşınlarının təsirlərindən qorumaq üçün elektron tərəzilərin çoxaldılması planlaşdırılır. Bu barədə İCTnews-ə Nəqliyyat Nazirliyindən məlumat verilib Məlumatda bildirilir ki, hazırda ölkənin müxtəlif yerlərində magistral yollarda belə elektron tərəzilər qurulub. Bakı-Qazax, Bakı-Rusiya sərhədi avtomobil yolunun da qurulan elektron tərəzilərin köməkliyi ilə yolların muhafizəsi istiqamətində qabaqlayıcı tədbirlər kimi reydlər təşkil edilərək yük avtomobilləri elektron tərəziyə qaldırılaraq yüklərin normaya uyğunlaşdırılması tədbirləri keçirilir.”Tərəzilər digər magistral yollarda müxtəlif hissələrdə olacaq. Burada məqsəd yolların qorunmasına nəzarəti həyata keçirməkdir», - deyə mənbə bildirib. Qeyd edək ki, hazırda respublika əhəmiyyətli yolların müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətinə, yük normativlərinə əməl edib-etməməsinə nəzarət məqsədilə monitorinqlər aparılır.
12/07/11 Çap et