Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yanacaqdoldurma məntəqələrində yeni texnologiyaya əsaslanan nəzarət-kassa aparatları
Nazirlər Kabineti ölkə ərazisində yanacaqdoldurma məntəqələrində yeni nəzarət-kassa aparatlarının tətbiqi barədə iyulun 11-də qərar qəbul edib. “Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında” qərara əsasən, məntəqələrdə xüsusi konstruksiyalı və texniki göstəricilərə malik kassa aparatları quraşdırılacaqdır. Yeni nəzarət-kassa aparatlarında çek vurulmadan neft məhsullarının və maye qazın alıcıya satılması mümkün olmayacaq. Yeni aparatlar yanacaqdoldurma məntəqələrində 2012-ci il yanvarın 1-dək quraşdırılmalıdır.
12/07/11 Çap et