Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda kompyuter istehsalında artım olub
Ölkənin sənaye sahələrində 2012-ci ilin yanvar-may aylarında 15,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 8,8 faiz artım, neft sektorunda 5,1 faiz azalma müşahidə olunub. "İCTnews" elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın 77,5 faizi mədənçıxarma, 17,1 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
Beş ay ərzində neft hasilatı 18,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 7,4 milyard kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatların, elektrik enerjisinin, mebel, kompyuter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
CAHANGİR
13/06/12 Çap et