Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni domen zonalarının qeydiyyatı üçün Amerika şirkətləri daha çox ərizə verib
“ICANN” internet korporasiyası tərəfindən elan edilmiş statistik məlumatlara görə, yeni domen zonalarının qeydiyyatı üçün verilən ərizələrin təxminən 50 faizi Amerika şirkətlərinin payına düşür. Məlumat üçün bildirək ki, “ICANN” təşkilatı mayın sonunda yeni domen adlarının qeydiyyatı üçün verilən ərizələrin birinci dalğasını dayandırdı.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “ICANN” təşkilatının dərc etdiyi məlumatlara görə, ona 1930 yeni domen zonasının qeydiyyatı üçün ərizə daxil olub.
Qeyd edək ki, ABŞ-dan 884 ərizə, Asiya-Sakit okean regionundan 303 ərizə, Afrikadan 17 ərizə, Böyük Britaniyadan 40 ərizə, Avropadan 671 ərizə, Latın Amerikası və Karib hövzəsi ölkələrindən 24 ərizə daxil olub.
EMİL
13/06/12 Çap et