Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika aeroportlarında ümumi istifadə üçün nəzərdə tutulmuş “iPad” planşeti yerləşdirilib


ABŞ aeroportlarında bufet operatoru olan “OTG” şirkəti yaxın 3.5 il ərzində 7 mindən çox “Apple iPad” planşeti yerləşdirməyə hazırlaşır.

“İCTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən  bildirir ki, sərnişinlər onların vasitəsilə bufetdən yemək sifariş edə, reys haqqında informasiyanı yoxlaya, internetdə sörfinq edə və oyun oynaya bilərlər.

“OTG” şirkəti artıq Nyu-Yorkun “LaGuardia” aeroportunun terminallarından birində 300 ədəd planşet yerləşdirib. Planşetlər yalnız bufetlərdə deyil, həm də gözləmə zallarında yerləşdirilib.

“iPad” vasitəsilə “Facebook”, “Twitter” və elektron poçta daxil olmaq mümkün olacaq. “Home” düyməsinə sıxdıqda isə bütün şəxsi məlumatlar silinəcək.


 
EMİL





13/06/12    Çap et